İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qiymət artımı: Hər dörd nəfərdən biri qida xərclərini azaldır


Rusiyada rəsmi statistikaya görə, 2024-cü ildə inflyasiya 10%-dən aşağı olsa da, vətəndaşlar geyim və ərzaq məhsullarının daha kəskin bahalaşdığını hiss edirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, "Levada Mərkəzi"nin dünən açıqladığı sorğuya əsasən, rusiyalıların 67%-i qiymət artımının 15-50% arasında olduğunu düşünür. Respondentlərin cəmi 15%-i inflyasiyanı hökumətin verdiyi rəqəmlərə yaxın – 15%-ə qədər qiymətləndirib.

Rəyi soruşulanların:

47%-i inflyasiyanın hazırkı səviyyədə qalacağını, 37%-i isə qiymət artımının daha da sürətlənəcəyini gözləyir.

Maddi çətinliklər əhalinin gündəlik həyatına ciddi təsir göstərir. Son altı ayda hər dörd rusiyalıdan biri maddi imkansızlıq səbəbindən zəruri ərzaq məhsullarını almaqdan imtina edib. Hər üç nəfərdən biri geyim və ayaqqabı almaqda çətinlik çəkib.

Respondentlərin yarısından çoxu ev üçün nəzərdə tutulan iri alış-verişləri ləğv etməyə məcbur olub. 37% isə aylıq gəlirlərinin yarısını yalnız qidaya xərclədiyini bildirib.

Ən çox maliyyə çətinliyi çəkənlər isə pensiyaçılar və 40 yaşdan yuxarı şəxslərdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR