İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qismən səfərbərliyin növbəti mərhələsi keçirilə bilər - Britaniya kəşfiyyatı

Rusiya hakimiyyəti qismən səfərbərlik çərçivəsində çağırışların növbəti mərhələsi variantını saxlayır.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə nazirliyinin Kəşfiyyat Xidməti məlumatında bildirilib. "Yanvarın 22-də mediada Rusiya sərhədçilərinin ikili pasporta malik qırğız işçi miqrantların Rusiyanı tərk etməsinə mane olduğu və həmin şəxslərə adlarının səfərbərlik siyahılarında olduğunu bildirməsi xəbəri yayılıb. Yanvarın 23-də isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qismən səfərbərlik haqqında fərmanın qüvvədə qaldığını bildirərək, fərmanın Silahlı Qüvvələrin işinə dəstək üçün zəruri olduğunu iddia edib", kəşfiyyatın açıqlamasında deyilir.

Kəşfiyyat Xidməti bildirib ki, bu hal suallar doğurur. "Rusiya rəhbərliyi çox güman ki, daxili narazılığı minimuma endirməklə yanaşı, Ukraynaya böyük hücumu təmin etmək üçün tələb olunan yüksək sayda personalı qarşılamaqla bağlı yollar axtarmağa davam edir", məlumatda deyilir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR