İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qafqazlıların yolunu kəsdilər, avtomobilə hücum edib aşırdılar - VİDEO

Krasnodar sakinləri içərisində qafqazlıların olduğu avtomobilə hücum edib.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, hadisənin videosu "Novosti Daqestan" Telegram kanalında yayınlanıb.

Kadrlarda şəhər sakinlərinin küçələrin birində ağ "Jiquli"nin yolunu necə kəsdikləri görünür. Sonra bir neçə nəfər pəncərələri sındırmağa, qapıları yerindən qoparmağa başlayır. Daha sonra hirsi soyumayan kütlə içindəki insanlar qarışıq avtomobili böyrü üstə aşırırlar.

Kanal xəbər verir ki, avtomobildə Dağıstandan olanlar olub. Hadisənin səbəbi barədə məlumat yoxdur, lakin nəşrin müəllifi videodakı Krasnodar sakinlərini "nasistlər" adlandırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

07 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR