İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müqaviləli hərbçilərin sayı nədən artıb? - Peskovun cavabı

Kremldə keçirilən ənənəvi brifinq zamanı RF prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Rusiya ordusunda hərbi xidmətə cəlb olunma səviyyəsinin artması ilə bağlı sözlərini şərh edib.

Jurnalist qeyd edib ki, qismən səfərbərlik elan olunanda bir çox kişi ölkəni tərk edib və bu il çoxları xidmət etmək istəyir. Bunun nə ilə əlaqəli olduğunu soruşduqda, Peskov Rusiya cəmiyyətində artan konsolidasiya səviyyəsindən danışıb.

“Konsolidasiya səviyyəsi artır, yaxşı maliyyə şərtləri var... Çoxları üçün bu şərtlər həlledicidir, ona görə də vətəndaşlar özləri üçün münasib qərar verirlər”, - Peskov izah edib.

Bundan əvvəl Medvedyev 2023-cü ildə 385 min rusiyalının hərbi xidmətə getdiyini bildirib. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrində 305 min nəfər müqavilə əsasında hərbi xidmətə daxil olub, daha 80 min nəfər isə könüllü statusundadır.

Medvedyev əlavə edib ki, Təhlükəsizlik Şurası ordu sıralarının doldurulması üzrə işi əlaqələndirir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR