İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada müharibə zamanı varlananlardan biri də məlum oldu-Peskovun qızı  

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibinin qızının şirkəti müharibə ilində gəlirlərini 70 dəfə artırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Verstka” portalı məlumat yayıb.

Verilən informasiyaya əsasən, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskovaya məxsus olan “Centrum Moscow” şirkəti 2022-ci ildə rekord 137 milyon rubl (təqribən 1 milyon 778 min ABŞ dolları) qazanıb.

Yuxarıda qeyd edildiyi kimi, bu göstərici 2021-ci il üçün gəlir səviyyəsindən (1,9 milyon rubl) 70 dəfə çoxdur. Bundan əvvəl Peskovanın şirkəti öncəki illərdə bir neçə yüz min rubl qazanırdı.

“Centrum Moscow” 2004-cü ildən fəaliyyət göstərir, lakin şirkət yalnız son illərdə aktivləşib. Onun müştəriləri  Sənaye və Ticarət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Moskva hökuməti, Balıqçılıq üzrə Federal Agentlik və digər dövlət qurumları daxildir. Şirkət sərgi meydançalarının və ekspozisiyalarının dizaynı və qurulması ilə məşğuldur.

Peskova şirkətdə 30% paya sahibdir, digər 70%-i isə Yevgeniya Litvinova adlı bir adama aiddir. O, həm də şirkətin baş direktorudur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR