İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrantları vətəndaşlıq almaq üçün orduya çağıran elanlar yığışdırıldı-sosial təpki

Moskva avtobuslarından özbək, tacik və qırğız dillərində Rusiya vətəndaşlığı müqabilində hərbi xidmətə çağırışlar yığışdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sota” telegram-kanalı məlumat yayıb.

Qeyd edək ki, “Sota” hələ dekabrın 9-da Moskvanın ictimai nəqliyyat vasitələsində bu cür reaklamların yayımlandığını xəbər vermişdi.
Həmin elanlarda özbək, tacik və qırğızıstanlı sərnişinlər sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını almaq müqabilində Rusiya Silahlı Qüvvələrinə qoşulmağa təşviq edilirdi.

Gələn təpkilər üzərinə, hakimiyyyət geri çəkilməyə məcbur olub.

“Mosqortrans” öncə həmin elanların “Saxarova” miqrasiya mərkəzinin sifarişi ilə avtobuslara yerləşdirildiyini etiraf edib. Bundan başqa, Moskva hakimiyyəti həmin “dəvət”lərin avtobusların efirlərindən yığışdırıldığını bildirib.

 

Musavat.com

11gbn.jpg (37 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR