İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada məhkumlar artıq müharibəyə zorla göndərilir  


Rusiya həbsxanalarında məhkumlar “Vaqner” ÖHŞ-nin sıralarında Ukraynada müharibəyə getməkdən imtina etdiklərinə görə yeni cinayət işləri ilə hədələnirlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə vəkil Yana Gelmel və Perm İctimai Nəzarət Komissiyasının keçmiş üzvü Oksana Asaulenko məlumat veriblər.

Yana Gelmelin sözlərinə görə, Samara və Rostov vilayətlərinin cəzaçəkmə müəssisələrində, Krasnodar diyarında və Şimali Qafqaz regionlarında məhkumlar ciddi təzyiq altındadır. “Həmin düşərgələrə DİN və ya FTX-nin əməkdaşları müntəzəm gəlir, məhkumlara 10-20 il əvvəlki köhnə işləri qaldıracaqlarını deyirlər. Halbuki həmin işlərin müddəti artıq çoxdan keçib. Lakin bununla belə müharibəyə getməkdən imtina edənlərə qarşı iş qaldıracaqları ilə qorxudurlar”,-deyə Gelmel bildirib.

Adının çəkilməsini istəməyən başqa bir vəkilin sözlərinə görə, ən çox Ukrayna sərhədinə yaxın olan bölgələrdə yerləşən müəssisələrdə məhkumlar bu işə zorla cəlb edilir. Çünki onları daha tez bir zamanda cəbhəyə göndərmək mümkündür.

Hüquq müdafiəçisi Oksana Asaulenko Perm diyarının düşərgələrində təzyiqlərdən danışıb. Belə ki, məhkumlardan biri azadlığa çıxmazdan 5 ay əvvəl Vaqner ÖHŞ ilə müqavilə imzalayıb və anası ilə söhbətində, onlara qoşulmağa məcbur edildiyinə eyham vurub.

Gələn informasiyalara əsasən, istintaq təcridxanalarında, xüsusən də Samara, Moskva və Permdə məhkumlara cinayət işlərinin bağlanacağını vəd edərək “Vaqner” ÖHŞ-nə qoşulmaq təklif olunur.
Rusiya həbsxanalarından nə qədər insanın müharibəyə cəlb olunduğu dəqiq məlum deyil. Federal Penitensiar Xidmət ötən il məhkumların sayının təxminən 30 min nəfər azaldığını bildirib.
Bu ilin fevral ayının əvvəlində isə “Mediazona” saytı cəbhəyə göndərilən 567 məhbusun ölümünü təsbitləyib. Lakin real rəqəmlər xeyli çox ola biləcəyi qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR