İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada məhbus olan tacikistanlı Ukraynada müharibədə ölüb

Ukraynada müharibədə Rusiya tərəfdən döyüşdə ölən Tacikistanın məhbus vətəndaşının meyiti qohumlarına təhvil verilib.

Musavat.com xəbər verir ki, məlumatı “Asia-Plus” yayıb.

Bildirilib ki, 47 yalşı Bülbül Davlatşoyev Tacikistanın Xatlon vilayətinin Dusti rayonunda anadan olub. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 2007-ci ildən Rusiyanın Sankt-Peterburq şəhərində həbsxanada cəza çəkirmiş.

Qohumlarının dediyinə görə, Bülbül Davlatşoyev 2022-ci il oktyabrın 19-da Rusiya tərəfdən Ukraynada müharibəyə cəlb olunub.

Bülbülün qardaşı bildirib ki, Rusiya hakimiyyəti ölmün səbəbini rəsmi olaraq “döş qəfəsindən güllə yarası və güclü qanaxma” kimi açıqlayıb. Davlatşoyevlər ailəsi Bülbülün Ukraynada müharibəyə göndərilməsi şəraitini müəmmalı adlandırıblar.

Dusti rayon yerli hakimiyyətin nümayəndəsi xəbər təsdiqləyib, lakin hadisə barəsində ətraflı məlumat verməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR