Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Stavropol diyarında müəllimlər diskotekada uşaqların əlindən Ermənistan və Yunanıstan bayraqlarını götürüblər.
Musavat.com xəbər verir ki, hadisə ötən ilin dekabrın 25-də Yessentuki qəsəbəsindəki 7 saylı məktəbdə baş verib.
Bir neçə uşaq Ermənistan və Yunanıstanın bayraqlarını gətirərək onlarla rəqs ediblər. Bundan sonra müəllimlər “dövlət rəmzlərinə hörmətsizliyi aradan qaldırmaq” məqsədilə bayraqları onlardan alıblar.
Dünən İstintaq Komitəsi hadisədən sonra müəllimlərə hədə-qorxu gəlməyə başladığını bildirib. Bundan əlavə, diaspor icmalarının nümayəndələri müəllimlərin işdən çıxarılması tələbi ilə müxtəlif orqanlara şikayətlər göndəriblər.
Musavat.com
08 Yanvar 2025
07 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ