İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada maraqlı hadisə: Məhkəmə yerli vətəndaşı Zelenskini yuxada gördüyü üçün cərimələdi

Rusiyada ancaq komediya filmlərinin ssenarilərində yaşanabiləcək olay baş verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çita vilayətinin sakini içində Zelenskinin olduğu yuxusunu danışdığına görə cərimələnib. 

Bu ilin dekabrın 8-də Çitanın Mərkəzi Dairə Məhkəməsi İvan Losev adlı vətəndaşı “Rusiya ordusunu gözdən salmaq” maddəsi ilə (Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi) 30 min rubl cəza kəsib. Bu barədə məhkəmənin mətbuat xidməti tərəfindən də rəsmi məlumat verilib.

"Bu, axmaqlıqdır" deyə İvan Losev “Sibir.Realii” saytına danışıb. Vətəndaşın sayta bildirdiyinə görə, iclas təqsirləndirilən şəxs olmadan baş tutub, çünki ona məhkəmənin tarixi deyilməyib.

İvanı cəriməyə məruz qoyan yuxuya gəlincə, burada Losev yuxuda səfərbər olunduğunu və Ukraynaya göndərildyini görüb. Yuxuda Ukrayna əsgərləri onu əsir alıb, prezident Zelenski isə onu azad edib.

“Zelenski yanıma gəldi və mənə “sizin hekayələrinizi İnstaqramda gördüm. "Yaşasın Ukrayna", dedi". Mən də ona “Yaşasın qəhrəmanlar!” deyə cavab verdim Zelenski sevinclə çiynimə vurdu və yanındakılara: “Onu azad edin, qalanlarını güllələyin” əmr etdi. Elə bu anda yuxudan ayıldım”,-deyə o, söyləyib.

Görünür yuxusunda gördüklərini başqalarının yanında nəql etmək İvan Losevə baha başa gəlib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR