İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada manyak bir qadını 14 il əsir saxlayıb

Rusiyanın Çelyabinsk vilayətində manyak bir qadını 14 il əsir saxlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qadın 2009-cu ildə qaçırılıb və yalnız 2023-cü ilin iyul ayının sonunda, manyakın ruhi xəstəliyinin kəskinləşməsi səbəbindən xəstəxanaya yerləşdirilməsindən sonra xilas ola bilib.

Bildirilir ki, əsirlikdən azad olan qadın onu əsir götürən şəxsin kömək çağırmaq istəyən daha bir məhbusu öldürdüyünü deyib. Qeyd olunur ki, cinayətkar zərərçəkmişi parçalara ayıraraq basdırıb.

Yerli sakinlər bildiriblər ki, kişi keçmiş məhkum olub və bütün bu illər ərzində o, praktiki olaraq evdən çıxmayıb, hətta yaxınlıqdakı mağazaya alış-verişə də getməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR