Onlayn ictimai-siyasi qəzet
Rusiyada son iki həftə ərzində koronavirusa yoluxma sayında artım var.
Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktor müavini Aleksandr Qorelov mətbuat konfransında danışıb.
O qeyd edib ki, Uzaq Şərq istisna olmaqla, bütün Rusiyada COVID-19-a yoluxma hallarında artım var.
Qorelovun sözlərinə görə, koronavirus xəstəliyinin artımı indi keçən ilin dekabrında olduğu kimi sürətli deyil.
Ötən sutka ərzində Rusiyada koronavirusa 5 685 yeni yoluxma faktı qeydə alınıb. Bu, cari ilin may ayının əvvəlindən bəri ən yüksək yoluxma sayıdır.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ