İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada insanlar Priqojini haqlı sayır - SORĞU

Rusiyada bir sorğuda iştirak edənlərin yarıdan bir qədər azı (46%) iyunun 23-24-də qiyam qaldıran Vaqner ÖHŞ-nin qurucusu Yevgeni Priqojinin Müdafiə Nazirliyini tənqid etməsini haqlı sayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “lvada” sorğu mərkəzi məlumat yayıb. Sorğu bu ilin iyun ayının 28-dən iyulun 1-nə qədər aparılıb.

Araşdırma müəlliflərinin fikrincə, Vaqner qiyamı Rusiya prezidentinin reytinqlərinə təsir göstərməsə də, Sergey Şoyquya ictimai dəstəyin azalmasına səbəb olub. Eyni zamanda Priqojinə münasibət kəskin şəkildə pisləşib və indi hər beş rusiyalıdan yalnız biri onu dəstəkləyir. Levada Mərkəzinin iyunun 22-dən 29-dək keçirdiyi sorğuda Priqojinə müsbət yanaşanlar 58% civarında olub.

Eyni zamanda, sorğuda iştirak edənlərin üçdə ikisi Vaqner ÖHŞ-nin Ukrayna münaqişəsində iştirakını yeksək qiymətləndirib. Respondentlərin təxminən üçdə biri 23-24 iyun hadisələri nəticəsində hakimiyyət ətrafında konsolidasiya olacağını gözləyir, lakin təxminən yarısı hər şeyin əvvəlki kimi qalacağını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR