İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hərbi vəziyyət elan edilir?

"Rusiya Federasiyasında hərbi vəziyyətin tətbiqi ilə bağlı heç bir qərar qəbul edilməyib və belə müzakirələr aparılmır".

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Çeçenistanın rəhbəri Ramzan Kadırovun ölkədə hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı sözlərinə münasibət bildirən Kreml sözçüsü bu məsələnin tamamilə ən yüksək federal orqanın səlahiyyətində olduğunu və hazırda heç bir qərarın qəbul edilmədiyini söyləyib.

Peskov həmçinin Belqorod vilayətində mülki obyektlərin atəşə tutulması ilə bağlı vəziyyəti narahatedici adlandırıb: "Orada vəziyyət kifayət qədər həyəcanvericidir, tədbirlər görülür".

Eyni zamanda, Kreml rəsmisi Qərbin Ukraynanın Belqorod vilayətini atəşə tutmasını, həmçinin Moskva və Moskva vilayətinə PUA hücumlarını pisləmədiyinə diqqət çəkib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR