Onlayn ictimai-siyasi qəzet
İyunun 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə əcnəbi vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq ediləcək.
Musavat.com-un xəbərinə görə, bu barədə Qoruqları İdarəetmə Mərkəzindən bildirilib.
Belə ki, sabahdan xarici ölkə vətəndaşları üçün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu, “Kiş” Tarix-Memarlıq qoruğu və “Diri Baba” türbəsinə giriş qiyməti 9 AZN təyin edilib.
“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu üçün kombinə olunmuş biletin qiyməti isə əcnəbilər 15 AZN olacaq.
Eyni zamanda, bu qoruqlarda xarici dillərdə bələdçi xidmətinin qiyməti 10 AZN olaraq müəyyənləşdirilib.Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün giriş qiymətləri dəyişmədən 2 AZN olaraq qalır. Qoruqlara yerli tələbələr üçün giriş qiyməti 1 AZN, məktəblilər üçün isə ödənişsizdir. Həmçinin, Azərbaycan vətəndaşı olan əlillər, müharibə veteranları və qazilər, 12 yaşınadək xarici turistlər də qoruqları pulsuz ziyarət edə bilərlər.
01 Iyun 2023
31 May 2023
ŞƏRHLƏRŞƏRH YAZ