İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hərbi məsrəflər naminə büdcə xərclərinin azaldılması ölkəni fəlakətə sürükləyir  

Rusiyada müharibə ilə əlaqədar büdcənin sekvestrasiyası (büdcə tərtibi və icrası zamanı bir sıra məsrəflərin azaldılması-red.) 3 trilyon rubl (təxminən 34 milyard 995 milyon ABŞ dolları) təşkil edə bilər.
 

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu dünyada neft qiymətlərinin çökməsindən və Krımın işğalından sonra- 2015-ci ildəki sekvestrdən üç dəfə çoxdur.

Gələn xəbərlərə görə, Kremldə hərbi xərcləri artırmağa ölkənin nə qədər gücü çatdığını bilən yoxdur. Priqojin qiyamından sonra isə pulun necə və kimdən çıxarılması ilə bağlı mübahisələr daha da qalmaqallı xarakter alıb.

Hökumətə yaxın maliyyə ekspertləri hesab edirlər ki, bu il büdcə kəsirinin planlaşdırılan 2,9 trilyon rubldan təxminən 6 trilyon rubla qədər artması üç mənbədən maliyyələşdirilə bilər:

Əlavə borclanma - 0,9 trilyon rubl (10 milyard 450 milyon dollar.

Federal  Rifah Fondundan valyuta satışı - 0,9 trilyon rubl.

Ehtiyat vəsaitlərin xərci - 1 trilyon rubl (11 milyard 620 milyon dollar)

Lakin son 12 ayda (2022-ci ilin iyun - 2023-cü ilin may) real büdcə kəsiri daha çox olub (8,3 trilyon rubl-96 milyard 695 milyon dollar). Təkcə may ayında kəsir 0,4 trilyon rubl (4 milyard 660 milyon dollar) artıb. Hakimiyyət indi xərclərin maliyyələşdirilməsi üçün getdikcə avantürist üsullardan istifadə etməli olacaq.

Gələn il isə müharibənin davam etdirilməsi mülki xərclərin qəti şəkildə azaldılması deməkdir. Yəni sekvestr ən azı 3 trilyon rubl təşkil edəcək. 2024-cü il rusların bütün təbəqələrini yuxarıdan aşağıya vuracaq qeyri-hərbi xərclərin rekord dərəcədə azaldılması ili ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR