Onlayn ictimai-siyasi qəzet
Osman Hüseynov SSRİ-nin sualtı qayığında xidmət edib, dövlətin xüsusi tapşırıqları üçün adam da boğub, 20 yanvara görə sovet ordusundan imtina edib
Xəbər verdiyimiz kimi, Rusiyada azərbaycanlı icmasının rəhbəri həbs edilib.
Musavat.com Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Osman (bəzi mənbələr də Əsman kimi yazılır) Hüseynov Yaroslavl yaxınlığında saxlanılıb. O, miqrantların qondarma qeydiyyatını təşkil etməkdə şübhəli bilinir.
Rusiya Yaroslavl vilayəti üzrə istintaq idarəsi Cinayət Məcəlləsinin 322.3-cü maddəsi-“Əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında olduğu yer üzrə saxta qeydiyyata alınması ilə bağlı cinayət işi açıb və araşdırma aparılır.
Qeyd edək ki, bu cür əməllər yeni qanunvericiliyə görə ciddi qanun pozuntusu hesab olunur.
Yaroslavl vilayətinin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri Osman Hüseynov Tacikistan və Özbəkistandan olan qeyri-qanuni mühacirlərin qeydiyyatını təşkil edib. İddia olunur ki, azərbaycanlı diaspora lideri bunun müqabilində bəzilərindən pul alıb, bəzilərini isə qanunsuz işlədib. Yaroslavl regional Azərbaycan milli-mədəni muxtariyyəti ictimai təşkilatı 1999-cu ildə yaradılıb. O, Yaroslavl şəhəri, Uritskoqo küçəsi 47 ünvanında qeydiyyatdadır.
Rusiya mənbələrində Osman İsfəndiyar oğlu Hüseynov haqda maraqlı məlumatlar var. Bildirilir ki, o, Kaluqada ticarət-iqtisadi texnikumda təhsil alıb. On səkkiz yaşı tamam olanda və orduya getmə vaxtı çatanda o, donanmada xidmət etməyi xahiş edib. Əsmanın uşaqlıqdan ora çatmaq arzusu varmış - iki dayısı İkinci Dünya müharibəsi illərində donanmada xidmət edibmiş. Osman nüvə sualtı qayığında xidmət edib, təbii ki, o vaxtlar(elə indi də) bu, yarıgizli xidmət sayılırdı.
Osman Hüseynov özü sonralar danışıb ki, 1989-cu ildə SSRİ prezidenti Mixail Qorbaçov ABŞ lideri Corc Buşla görüşdə həmin ərazini qoruyan üç gəmidən biri də o da olub. Beş gün ərzində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı əsgəri kimi mühafizə olunan obyektin 200 metrliyində görünən hər hansı bir obyektə atəş açmağa icazə verərək növbə ilə gecə-gündüz növbə ilə xidmət göstərib.
Başqa bir mühüm tapşırıq Bolqarıstan bayrağı altında üzən gəmidə keçirilən əməliyyat olub. Məxfi məlumatda deyilirdi ki, həmin gəmidə Sovet İttifaqından oğurlanmış hərbi texnikadır.
Osmanın da iştirakçısı olduğu qrup gəmiyə endi və burada əlbəyaxa döyüş başlayıb. Bir anda üç nəfər Osmanın üstünə atılıb. Xüsusi təyinatlı əsgər onlardan ikisinin öhdəsindən gəlib, üçüncüsü isə son anda kəndirlə boğub. Gəmiyə baxış zamanı məlum olub ki, ən son sovet tanklarından bir neçəsi metal qırıntılarının altında daşınır.
Osman Hüseynov xidmət etdiyi üç il ərzində İran, Anqola, Küveyt, Misir, Suriyada döyüş tapşırığında iştirak edib.
Onu orduda xidməti başa vurduqdan sonra QRU-da xidmət etmək təklif edilib, amma o, bundan imtina edib.
“Mən xidmətdə olarkən 20 yanvarda Bakıda xalqa qarşı silah işlədildi, ordu doğma Azərbaycana qoşun yeritdi. Mən günahsız insanların qanının töküldüyü ölkəyə xidmət etmək istəməzdim”, -Osman deyib.
O, tərxis olundu, Kaluqaya qayıdıb, kolleci bitirib, sonra ali təhsil alıb, işləməyə başlayıb və evlənib. Onun vilayətdə biznesi də var.
Musavat.com
15 Aprel 2025
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ