İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hava məkanları bağlandı

Rusiyanın paytaxtı Vnukovo və Domodedovo hava limanlarında “Xalça” planı elan olunub.

“Report” “Mash”ə istinadən xəbər verir ki, analoji qərar Tula, Lipetsk, Oryol və Kaluqa vilayətlərində verilib.

Bildirilib ki, Moskva vilayətinin Serpuxov və Kolomna şəhərlərində də hava məkanı bağlanıb.

Qeyd edək ki, adı çəkilən plan səmada naməlum və ya təhlükəli obyektlər aşkar edildikdə tətbiq edilir.

Eyni zamanda, sosial şəbəkədə yayılan məlumata görə, ölkənin Pskov vilayəti ilə yanaşı Bryansk və Tula da atəşə tutulub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR