İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada deputatların xəyalı gerçək olur- Gəlirlərini gizlədə biləcəklər

 

Rusiya Dövlət Dumasında deputatlara gəlirlərini gizlətməyə imkan verəcək qanun layihəsi təqdim edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, buna görə regional və yerli deputatların gəlirləri və əmlakı haqqında məlumatlar yalnız ümumiləşdirilmiş formada dərc ediləcək. Könüllülük, yəni ictimai əsaslarla işləyən deputatlar illik bəyannamə verməkdən tamamilə azad olunacaqlar.

Layihənin müəllifi Dövlət Dumasının deputatları hakim “Vahid Rusiya” partiyasından Pavel Kraşeninnikov, Liberal Demokrat Partiyasından Aleksey Didenko və “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” partiyasından Valeri Qartunq, həmçinin senator Andrey Klişasdır.

Qanun layihəsinə əsasən, deputatların gəlirləri konkret bəyannamə vasitəsilə göstərilməyəcək və onların evlərinin kimə məxsus olduğunu öyrənmək mümkün olmayacaq. Deputat bilərəkdən yalan və ya natamam bəyannamə təqdim edərsə, komissiyanın gəldiyi nəticə də gizlədiləcək.

Politoloq Rostislav Turovski “Azadlıq” radiosuna verdiyi müsahibədə yeni qanun layihəsinin siyasi, maliyyə və iqtisadi sahələrdə bütün informasiyanı qapatdığını söyləyib. Ekspert qeyd edib ki, ictimaiyyət qarşısında hesabat vermək öhdəliyi əsasən hakim partiyadan olan deputatları qıcıqlandırır, çünki onların içində, xüsusən də rayon deputatları arasında varlı və fövqəlvarlılar üstünlük təşkil edir.

Pavel Kraşeninnikov və Andrey Klişas Rusiyada vətəndaşların hüquqlarına qarşı bir çox qanunvericilik təşəbbüslərinin, xüsusən də AİHM-in qərarlarını icra etməməyə imkan verən qanun layihəsinin həmmüəllifləri olublar.

Onlar həmçinin Taliyə Xabriyeva ilə birlikdə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı işçi qrupuna rəhbərlik ediblər. Dəyişikliklər Rusiya prezidenti Vladimir Putinə 2036-cı ilə qədər hakimiyyətdə qalmağa imkan verir, yerli özünüidarə sistemini məhv edib və regionlardan bir sıra hüquqları aradan qaldırılıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR