Onlayn ictimai-siyasi qəzet
Rusiya İstintaq Komitəsi tanınmış azərbaycanlı, “Nə? Harada? Nə vaxt?” teleproqramının populyar ulduzu Rövşən Əsgərov haqqında cinayət işinə başlayıb.
Azpost.info bildirir ki, bu barədə İstintaq Komitəsindən RİA-ya bildirilib.
R.Əsgərov nasizmin reablitasiyasına cəhddə ittiham olunur.
İttihama görə, R.Əsgərov apreln 6-da Facebook səhifəsində SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumat paylaşıb.
1972-ci ildə Bakıda anadan olan R.Əsgərov BDU-nun tarix fakultəsini bitirib. Tarix elmləri namizədidir.
Rövşən Əsgərov bu məşhur komandanın tanınmış üzvü olub. 1989-2018-ci illərdə breyn-rinq komandalarında oynayıb.
Moskvada yaşayan R.Əsgərov “Sport-Ekspress” qəzetinin icmalçısı kimi çalışıb. 2009-cu ildən “Baku” jurnalının piar-direktorudur.
08 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ