İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada cinsin dəyişdirilməsini qadağan edən qanun qəbul edilib

Rusiya Federasiyası Dövlət Dumasının deputatları iyulun 14-də keçirilən plenar iclasənda Rusiyada cinsiyyətin dəyişdirilməsinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul ediblər.

Musavat.com Rusiya mediasında istinadla xəbər verir ki, bundan əvvəl qanun layihəsi iki dəfə parlamentin plenar iclasında müzakirəyə çıxarılmış, ona müvafiq əlavə və dəyişikliklər edilmişdi.

Bu qanunvericilik sənədi Avropada mürtəce qanun sayılır və insan hüquq və azadlıqlarına qarşı olduğu vurğulanır.

Qeyd edək ki, Rusiya bircinsli nikahlara və cinsi azlıqların qarşı aqressiv çıxışların olduğu ölkə kimi tanınır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR