İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada bu şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək

Rusiyada cinayətə görə məhkumluğu olan şəxslərin taksi fəaliyyəti ilə məşğul olması qadağan olunub.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu gün orta ağır, ağır və xüsusilə ağır cinayətlərdə törətdiyi cinayətlərə görə götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxslərin taksi sürücüsü işləməsini qadağan edən qanunu imzalayıb.

Son iki halda bu, avtobus və tramvay sürücülərinə də şamil olunur.

Müvafiq qanun rəsmi hüquq- informasiya internet portalında dərc olunub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR