İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada bu mahnı bütün ölkədə qadağan edildi  

Rusiyada bir pank qrupun “Bu da keçəcək” (Это пройдёт) mahnısı qadağan olunmuş məlumatlar siyahısına əlavə edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bloklamanın təşəbbüskarı ölkənin Baş prokurorluğu olub. Federal qurum hər hansı bir mətndə “dövlətə hörmətsizlik”, “Rusiya ordusu haqqında saxta informasiya” və ya “kütləvi iğtişaşlara çağırışlar olduğunu” hesab edərsə, onu bloklaya bilər.

Qrup 2019-cu ildə Moskva Şəhər Dumasına seçkilərdə müstəqil namizədlərin xaric edilməsinə qarşı kütləvi etirazlar zamanı həmin kompozisiyanı yayıbmış.

Mahnıda "morqdakı dünənki diktator" və "Rus dünyasının svastikası" ilə bağlı sətirlər federalların xoşuna gəlməyib. Nəğmənin nəqarət hissəsi isə hissəsi belədir:

"Bu da keçəcək!

Necə qaranlıq bir əsrə düşdük,

Lakin mən uzaqdan

Unudulmuş işığın yaşayan ümidini görürəm, ona görə də mənə inan

Bu, mütləq keçəcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR