İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada artıq məktəblilər təxribatçı kimi həbs olunur

 

Rusiyanın Moskva vilayətində dəmiryol relslərini zədələyən üç səkkizinci sinif şagirdi saxlanılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Kəşfiyyat xidmətinin informasiyasına görə, Moskva vilayətinin Çexov şəhərindən olan üç məktəbli teleqram kanalı vasitəsilə pul müqabilində onlara relsləri korlamağı təklif edən naməlum şəxslərlə əlaqə saxlayıb. Həmin adam onlara Kurska gedən dəmiryol xəttində diversiya törətməyi təklif edibmiş.

FTX iddia edir ki, səkkizinci sinif şagirdləri sifarişi dəmiryol relslərini zədələməklə yerinə yetiriblər, üstəlik pul almaq üçün prosesi videoya çəkiblər. Tələbələrin nə qədər pul aldıqları da açıqlanmır.

Qeyd edək ki, Rusiyada “Təxribat və terrorizm”lə bağlı maddələr on ildən ömürlük həbsə qədər cinayət məsuliyyətini nəzərdə tutur. Bu maddə hətta 14 yaşına çatmış şəxslərə də şamil edilir.

Xatırladaq ki, ötən ilin noyabr ayında Ufa məhkəməsi “mütəşəkkil dəstənin tərkibində terror aktı törətməkdə” şübhəli bilinən 4 tələbəni həbs edib. İddiaya görə, 18 yaşlı Fərruxcan Zakirov, Mustafa Şahbazov və Emin Sadıqov, habelə sonuncunun 17 yaşlı qardaşı ən azı beş dəfə dəmir yolunda elektrik avadanlıqlarını zədələməyə cəhd ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR