İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 63 yaşlı kişi müharibə ilə bağlı yazdığı bu sözlərə görə 7 illik həbs edildi

Rusiyada Ukraynaya qarşı savaş günlərində “ordu ilə bağlı saxta məlumat” maddəsinə görə vətəndaşların təqibi davam edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu dəfə “feyk-qurban” 63 yaşlı təqaüdçü olub.

Bir il əvvəl Mixail Simonov VKontakte sosial şəbəkəsindəki paylaşımının altında Rusiya ordusunun Kiyev və Mariupol şəhərlərini bombalaması ilə bağlı “Uşaqları və qadınları öldürərək Birinci Kanalda mahnı oxuyuruq. Biz Rusiya ateist olmuşuq. Bizi bağışla, ya Rəbb! və "Rus pilotları uşaqları bombalayır" kimi iki şərh yazıbmış. Bu gün məhkəmə onu RF Silahlı Qüvvələri haqqında "saxta" iş üzrə 7 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə həmçinin ona dörd il müddətinə saytları idarə etməyi qadağan edib.

Verilən informasiyaya görə, “sosial şəbəkələrin fəal istifadəçiləri” ona qarşı donos yazıblar. Əvvəl Moskva İstintaq Komitəsinin müstəntiqi cinayət tərkibi olmadığı üçün iki dəfə işi bağlamağa cəhd edib, lakin rəhbərlik materialları geri qaytarıb və təqiblər yenidən başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR