İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 61 yaşlı ocaqçı həbs edildi- ŞOK SƏBƏB  

 

Rusiyanın Voloqda şəhər məhkəməsi yerli sakin Vladimir Rumyantsevi “Rusiya ordusu haqqında qondarma məlumatlar  yaymaqda” ittiham edərək üç il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ocaqçı vəzifəsində çalışan 61 yaşlı Vladimir Rumyantsev sosial şəbəkələrdə Ukraynaya müdaxilə zamanı həlak olan dinc sakinlər haqqında yazılar dərc etməkdə, Rusiya hakimiyyəti ilə bağlı tənqidi yazılar yazmaqda və müstəqil informasiya mənbələrinin materiallarını repost (yenidən yaymaq) etməkdə suçlanıb. Məhkəmə həmçinin Rumyantsevin öz mənzilində radiostansiya vasitəsilə müharibə haqqında “başqa informasiyalar” yaydığını “təsbit edib”.

Qeyd edək ki, Rumyantsev hələ bu ilin iyulunda saxlanılıb, həbs edilib və istintaq təcridxanasına göndərilib. Rusiya vətəndaşı heç bir günah işlətmədiyini söyləyir.

Ukraynada müharibə başlayandan sonra martın 4-də Cinayət Məcəlləsinə “ordu ilə bağlı feyk məlumatların yayılmasına görə cəza tətbiq olunması” haqqında maddə daxil edilib.

Həmin maddəyə əsasən, hərbi əməliyyatlarla bağlı Rusiya hakimiyyətinin rəsmi bəyanatlarından fərqli olan və ya Rusiyanın rəsmi mənbələri tərəfindən təsdiqlənməyən istənilən məlumat yalan sayıla bilər. Xüsusilə, Ukraynada Rusiya ordusunun bombardmanları nəticəsində dinc əhalinin həlak olduğunu iddia edən şəxslərə daha ağır cəzalar nəzərdə tutulur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR