Onlayn ictimai-siyasi qəzet
Rusiyanın tərkibindəki Tatarıstan respublikasında uşaq bağçalarında "Zarnitsa" (“İldırım”) adlnan kütləvi yarışların keçirilməsinə başlanıb.
Musavat.com xəbər verir ki, 4-5 yaşlı uşaqlar bu oyunda qumbara atmaq, nizamla addımlamaq, yerdə sürünmək məşqi edirlər. Tədbirin təşkilatçıları proqrama hətta sahələrin minalardan təmizlənməsi və ilkin tibbi yardım göstərilməsi aktlarını da daxil ediblər.
VKontakte nəşrlərinin məlumatına görə, uşaqlara ordu taktikasının elementlərindən istifadə etməklə döyüş hazırlığı aşılanır.
Tatarıstanın Nijnekamsk şəhərində Vahid Rusiya və yerli administrasiya nümayəndələrinin təşkilatçılığı ilə keçirilən yarışda 10 uşaq bağçasından 60 uşaq iştirak edib.
Sınaqların bir hissəsi olaraq onlar müxtəlif hərbi tapşırıqları yerinə yetirdilər:
Proqram başa çatdıqdan sonra hərbi qulluqçular uşaqlara mükafatlar verib, daha sonra iştirakçılara poliqon sıyığı verilib. Təşkilatçılar əmin edirlər ki, belə oyunların keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunu gücləndirmək və “gələcəyin müdafiəçiləri”ni yetişdirməkdir.
Musavat.com
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ