Onlayn ictimai-siyasi qəzet
Rusiyada 35-dən çox adam şaurmadan zəhərlənib.
Musavat.com lent.az-a istinadən xəbər verir ki, İrkutsk vilayətində şaurma yeyən 35-dən çox adam səhhətinin pisləşməsi ilə əlaqədar Bratsk xəstəxanalarına müraciət edib.
Beşi uşaq olmaqla 11 nəfər kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.
Şəhər sakinləri şaurma-nı “Shaurma I Want” fast-food kafesindən alıblar. Mütəxəssislər artıq qida, mətbəx texnikası və məişət cihazlarından nümunələr götürüblər.
Müstəntiqlər manqal sobaları və sənədləri götürüb, müəssisənin əməkdaşları bakterioloji müayinəyə göndərilib.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ