İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: Ukrayna ilə razılığa gəlmək şansı var

Rusiya hesab edir ki, Ukrayna ilə razılığa gəlmək şansı var.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"İndi şans var, həqiqətən də var... "Niyə siz, prinsipcə, öz xalqına belə nifrət edən insanlarla, ideologiya üçün hər şey etməyə hazır olan Zelenski rejimi ilə dialoq aparırsınız?" kimi çoxlu bəyanatlar və suallar eşitməyimizə baxmayaraq... Biz o mövqedən çıxış edirik ki, Ukrayna ilə razılığa gəlmək şansı var", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR