İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN Ermənistanın KTMT təlimlərinə qatılmamasını şərh etdi

Bəzi siyasətçilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı tənqidləri əsassızdır və konstruktiv işə töhfə vermir.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Müəyyən siyasətçilər tərəfindən KTMT-yə qarşı əsassız tənqidlər faydalı deyil və qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə vermir”, - deyə o bildirib.

Mariya Zaxarova həmçinin qeyd edib ki, Ermənistan hakimiyyətinin KTMT təlimlərində iştirak etməmək qərarı respublikadakı mövcud vəziyyətlə bağlıdır.

“İrəvanın Qazaxıstanda KTMT-nin birgə təlimlərində iştirak etmək üçün bu il hərbi kontingent göndərməmək qərarına gəlincə, hesab edirəm ki, bu məsələdə Ermənistan qarşısında duran prioritet vəzifələr, , mövcud vəziyyəti nəzərə alsaq, onun silahlı qüvvələridir. Ümumiyyətlə, təşkilat çərçivəsində Ermənistanla qarşılıqlı fəaliyyəti səmərəli kimi xarakterizə etmək olar. Rusiya Ermənistan və Azərbaycan sərhədində “beynəlxalq müşahidəçilər”in yerləşdirilməsinin əleyhinədir”, - deyə diplomat bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR