İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN bəyanat verdi: Əsəd ölkəni tərk edib

Suriya prezidenti Bəşər Əsəd silahlı müxalifətlə danışıqlarda vəzifəsini tərk etmək qərarına gəlib və ölkəni tərk edib.

Musavat.com xəbər verir ki, bu məlumat Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb.

Bəyanata görə, Əsədin müxalifətlə danışıqlarında Rusiya iştirak etməyib:

“Biz Suriyadakı dramatik hadisələri hədsiz narahatlıqla izləyirik. Bəşər Əsədlə Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları arasında aparılan danışıqlar nəticəsində o, hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək prezident postunu tərk etmək qərarına gəlib və ölkəni tərk edib”.

Rusiya Xarici İşlər Nazirliyi Suriya münaqişəsində iştirak edən bütün tərəfləri “zorakılıqdan imtina etməyə və bütün idarəetmə məsələlərini siyasi vasitələrlə həll etməyə” çağırır:

“Bununla bağlı Rusiya Federasiyası Suriya müxalifətinin bütün qrupları ilə əlaqə saxlayır.

Biz Suriya cəmiyyətindəki bütün etno-konfessional qüvvələrin fikirlərinə hörmət etməyə çağırırıq və yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə əsaslanan inklüziv siyasi prosesin qurulması səylərini dəstəkləyirik. Biz gözləyirik ki, bu yanaşmalar BMT və bütün maraqlı oyunçular tərəfindən, o cümlədən BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin təcili suriyalılararası danışıqların təşkili təşəbbüsünün həyata keçirilməsi kontekstində nəzərə alınacaq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR