İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN: "Aİ-nin Ermənistandakı missiyası Rusiyanı regiondan sıxışdırmaq cəhdidir"

Moskva Avropa İttifaqının Ermənistandakı mülki missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Avropa İttifaqının və bütövlükdə Qərbin Ermənistanda hər hansı vasitə ilə möhkəmlənmək istəyini ilk dəfə müşahidə etmirik. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas qarantı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir”, - diplomat bildirib.

Qeyd edək ki, bu gün Avropa İttifaqının Ermənistandakı mülki missiyası fəaliyyətə başlayıb. İki il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR