İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya XİN ABŞ səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

ABŞ-ın Moskvadakı diplomatik missiyasının yüksək vəzifəli diplomatı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, etiraz notasının təqdim edilməsinə səbəb Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorka səfəri üçün onu müşayiət edən jurnalistlərə vizaların verilməməsi olub.

XİN bəyan edib ki, Rusiya ABŞ-ın rusiyalı jurnalistlərə qarşı hərəkətlərinə qarşı cavab tədbirlərini davam etdirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR