İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya xarici siyasət konsepsiyasını YENİLƏDİ - Türkiyəyə münasibət indi belədir...

Türkiyədə 14 may tarixində keçiriləcək prezident seçkilərinə sayılı günlər qalmış Türkiyə-Rusiya münasibətlərində mühüm addımlar atılır.

Ötən gün Mersin Akkuyu Atom Elektrik Stansiyasının yanacaq tədarükü mərasimi keçirilərkən Rusiya prezidenti Vladimir Putin internet üzərindən canlı olaraq mərasimə qatılıb.

Musavat.com xəbər verir ki, elə həmin gün səhər saatlarında Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov bir qrup mətbuat mənsubuna ölkənin yenilənmiş xarici siyasət konsepsiyasını təqdim edin.

Rusiyanın xarici siyasət konsepsiyası bu dəfə 31 mart 2023-cü ildə 7 illik fasilədən sonra yenilənib. Buravov dünyada əvvəlkindən daha gərgin atmosferin hökm sürdüyünü, münaqişələrin dərəcəsinin artdığını, nüvə münaqişələrindən bəhs olunmağa başladığını yenilənməyə səbəb kimi göstərib.

Rusiyanın yenilənmiş xarici siyasət konsepsiyasında ölkələr “konstruktiv, neytral və dost olmayan” kimi üç kateqoriyaya ayrılıb. Buravov bildirib ki, Türkiyə Rusiyaya konstruktiv münasibət bəsləyən və konstruktiv siyasət yürüdən ölkədir.

Rusiyanın 14 may seçkiləri ilə bağlı mövqeyi ilə bağlı suala Buravov belə cavab verib: “Bizim Türkiyənin daxili işlərinə qarışmaq niyyətimiz yoxdur və hər hansı bir qiymətləndirmə aparmaqdan qaçırıq. Bu, tamamilə türk xalqının sözündən asılı olan bir prosesdir. Təbii ki, türk xalqının seçimini qəbul edəcəyik. Əsas odur ki, ikitərəfli münasibətlərimiz yaxşılaşsın. Ən mühüm məqam odur ki, münasibətlərin inkişafı üçün hər iki tərəf iradəli və istəkli olsun”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR