İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya xalq artistinin nəvəsi qəzaya düşdü

Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, rejissor Nikita Mixalkovun nəvəsi Petr qəzaya süşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, hadisə Petrovo-Dalnee kəndi yaxınlığında baş verib. Qəza nəticəsində Petr və daha iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

"Hadisə martın 10-da saat 22:50-də İlyinskoye şossesi Dmitrovskoye-Maslovo yolunda baş verib. "Mercedes" markalı avtomobili idarə edən 2003-cü il təvəllüdlü Moskva sakini ağaca çırpılıb, nəticədə avtomobil aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü və iki sərnişin - 2002-ci il təvəllüdlü oğlan və 2004-cü il təvəllüdlü qız xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Polis hadisənin başvermə səbəbini araşdırır" - deyə, məlumatda bildirilib.

Məlub olub ki, yaralanan 2002-ci il təvəllüdlü şəxs N.Mixalkovun nəvəsi Petr Mixalkovdur. O, aktyor Stepan Mixalkovun model Alla Sivakova ilə ilk evliliyindən dünyaya gəlib.

Qeyd edək ki, Ukrayna məhkəməsi N.Mixalkov və Rusiya Xalq artisti Oleq Qazmanov barəsində qiyabi həbs qərarı verib. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, hər iki şəxs "ölkənin ərazi bütövlüyünə qəsd" şübhəsi ilə mühakimə olunacaq. Buna səbəb sözügedən şəxslərin müharibəni dəstəkləməsi ilə bağlı çıxışları olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR