İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib

Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi baş tutub.

Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 84 rus hərbçisinin Ukraynadan geri qaytarıldığını açıqlayıb. Mübadilə çərçivəsində eyni sayda – 84 Ukrayna Silahlı Qüvvələri hərbçisi də Kiyevə təhvil verilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, mübadilə Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə gerçəkləşib. Hadisənin digər təfərrüatları barədə Moskva hələlik açıqlama verməyib.

Ukrayna tərəfi isə bu barədə rəsmi şərh yaymayıb. Əsir mübadiləsi hər iki ölkə arasında davam edən müharibə fonunda nadir hallarda baş verən humanitar addımlardan biri kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR