Onlayn ictimai-siyasi qəzet
Texnobloger və ictimai fəal Fərid Pərdəşünasın son açıqlaması Musavat.com platformasında maraq doğurub. O, Ukraynanın Rusiyaya, İsrailin isə İrana qarşı həyata keçirdiyi son hücumları analiz edərək, bu əməliyyatların arxasında daha böyük, daha güclü bir texnoloji qüvvənin dayandığını bildirib.
Fərid Pərdəşünas qeyd edib ki, “nə Rusiya, nə də İran texnoloji baxımdan kiçik görüləcək dövlətlər deyil. Biri nüvə sahibidir, digəri isə nüvə inkişaf etdirir. Burada “problem” qarşı tərəflərdədir. Ukraynanın Rusiyaya etdiyi dron hücumu və İsrailin dünənki hücumları eyni texnoloji xarakter daşıyır. İki güclü dövlət sadəcə hücumu izləyiblər.”
Onun fikrincə, bu hücumlar göründüyü qədər sadə deyil və ictimaiyyətə təqdim olunan ssenarilər tam mənzərəni əks etdirmir.
“Nə ediblər, necə ediblər, nəyi bağlayıblar, necə müdafiə sistemlərindən yayınıblar – bunu yalnız kəşfiyyatçılar və əməliyyatı həyata keçirənlər bilir,” – deyə texnobloger bildirib.
Fərid Pərdəşünas daha sonra diqqəti bu əməliyyatların mümkün arxa planına yönəldir:
“Məni qətiyyən inandıra bilməzsiniz ki, bu əməliyyatlar təkcə Ukraynanın və İsrailin öz texnologiyası və gücü ilə həyata keçirilib. Bu işin arxasında, planında, kəşfiyyatında bildiyiniz bir güc var. O da məlumdur.”
O, ABŞ-ın adını birbaşa çəkməsə də, Donald Trampın son açıqlamasına istinad edərək bu ehtimalı daha da gücləndirir: “Donald Trump da az əvvəl açıqlama verib ki, ‘mən xəbərdarlıq etmişdim.’ Məsələnin dəhşətli tərəfi odur ki, Trump 12 apreldə İrana 60 gün vaxt vermişdi, ultimatum göndərmişdi. Dünən isə həmin 60 gün tamam oldu.”
Pərdəşünas xəbərdarlıq edir ki, bu hücumlar təsadüfi texniki uğurlar deyil, qlobal mesajların texnologiya üzərindən verilmə formasıdır:
“Donald dünya ilə zarafat etmir. O, göründüyü qədər əyləncəli deyil və olduqca qətiyyətlidir. Bütün texnologiya dünyasını əlinə alan ABŞ, dünya hərb tarixinə dərs olacaq nöqtə atışlarının arxasındakı əsas gücdürmü? Bax, sual budur.”
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ