Onlayn ictimai-siyasi qəzet
Donald Tramp administrasiyası kənd təsərrüfatı sektorunda, həmçinin otel və restoran biznesində çalışan qeyri-qanuni mühacirlərin saxlanmasının dayandırılması barədə göstəriş verib.
Musavat.com xəbər verir ki, məlumatı “The New York Times” öz mənbələrinə istinadən yayıb. Qəzetin məlumatına görə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) regional idarələrinin rəhbərləri müvafiq əmr alıblar. Qəzet sərəncamın mətnindən sitat gətirir: "Bu gündən etibarən kənd təsərrüfatı, restoran və mehmanxanalarda qanunsuz miqrantların müəyyənləşdirilməsi ilə bağlı bütün araşdırmaları və əməliyyatları dayandırın".
ICE zabitləri "insan alveri, çirkli pulların yuyulması və narkotik qaçaqmalçılığı" ilə bağlı araşdırmaları davam etdirə bilər, lakin onlar ABŞ-da qeyri-qanuni mövcudluqdan başqa heç bir cinayət törətməyən qeyri-qanuni immiqrantları saxlamamalıdırlar. Qəzetin yazdığına görə, Tramp administrasiyasının bu addımı qeyri-qanuni mühacirlərin deportasiyası üzrə genişmiqyaslı kampaniyanın Amerika biznesinə və kənd təsərrüfatı sənayesinə zərər verdiyini göstərir.
Keçmiş ABŞ rəsmisi qəzetə bildirib ki, Tramp ilk prezidentlik dövründə bəzi respublikaçılar arasında sərt immiqrasiya siyasətlərinin Amerikanın kənd təsərrüfatı sənayesinə zərər verə biləcəyi ilə bağlı narahatlıqları barədə müntəzəm məlumatlandırılıb.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ