Onlayn ictimai-siyasi qəzet
İran tərəfindən İsrailə qarşı həyata keçirilən dörd mərhələli raket hücumları nəticəsində 2 nəfər həlak olub, ən azı 70 nəfər isə yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə The Jerusalem Post məlumat yayıb.
ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi baş verənlərlə bağlı dramatik açıqlama verib:
"Bu, İsrail üçün ağır bir gecə oldu. Mən şəxsən beş dəfə sığınacağa girməyə məcbur oldum", – deyə o, İranın Tel-Əvivə qarşı reallaşdırdığı kütləvi raket hücumları barədə bildirib.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ