İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarix mədəniyyət abidələrinin vahid pasportu olacaq

Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülən abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənəd – pasport vahid forma və qaydada deyil, hər bir qurum (Mədəniyyət Nazirliyi, Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi) tərəfindən fərdi qaydalarda hazırlanırdı.

Musavat.com xəbər verir ki, bu baxımdan, daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və vahid pasport formasının təsdiq edilməsi zərurəti yaranmışdı.

Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik təklif edilib. Həmin təkliflər əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydalar və pasport forması təsdiq olunub.

Qanunvericiliyə edilən yeni dəyişiklik mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR