İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu səfərbərliyə başladı  

 İsrail Müdafiə Ordusu (CAXAL) İranın pilotsuz uçuş aparatları ilə bağlı təhdidlərin artması fonunda ölkənin şimal sərhədlərinin müdafiəsini gücləndirmək məqsədilə genişmiqyaslı ehtiyat qüvvələrin səfərbərliyinə başlayıb.

Musavat.com xəbər verir ki, İsrailin nüfuzlu “Times of Israel” nəşrinin yaydığı məlumata görə, CAXAL 146-cı ehtiyat diviziyasının qərargahını, eləcə də “Dəmir Yumruq” və “Etsioni” adlı ehtiyat briqadaları şimal sərhədlərində xidmət üçün çağırıb. Bu briqadalar “müxtəlif ssenarilərə hazır olmaq” məqsədilə əraziyə yerləşdirilib.

Bundan əlavə, bir neçə digər ehtiyat batalyon da Livan və Suriya ilə sərhəddə mövqelərini alıb. Müdafiə qüvvələrinin bu addımı mümkün hibrid hücumlara, raket və PUA təhdidlərinə qarşı qabaqlayıcı tədbir kimi qiymətləndirilir.

İsrail ordusu son günlərdə həm İranın raket zərbələri, həm də Livandan və Suriyadan gələ biləcək təhlükələrə qarşı təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə qaldırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR