Onlayn ictimai-siyasi qəzet
Rusiya və İran martın sonunadək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamaq haqqında saziş imzalayacaqlar.
Musavat.com xəbər verir ki, məlumatı İranın Moskvadakı səfiri Kazem Cəlali İRNA agentliyinə açıqlayıb.
Səfirin sözlərinə görə, bu barədə razılaşma yanvarın 17-də Kremldə Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında əldə olunub:
“Prezidentlərin iştirakı ilə iki ölkənin nümayəndə heyətləri arasında aparılan danışıqlarda tərəflər 2025-ci ilin mart ayının sonunadək Rəşt-Astara dəmir yolu tikintisi layihəsinin həyata keçirilməsinə dair saziş imzalamaq barədə razılığa gəliblər. Martın sonunadək dəmir yolunun tikintisinin həyata keçirilməsinə dair saziş imzalanacaq və Rusiya tərəfi tikinti işlərinə başlayacaq”.
Səfir deyib ki, İranın yollar və şəhərsalma naziri Fərzaneh Sadiq və Rusiyanın nəqliyyat naziri Roman Starovoyt layihənin icrasını sürətləndirmək üçün həftəlik onlayn görüşlər keçirirlər. Səfir qeyd edib ki, bu sahədə işlər yaxşı gedir.
Musavat.com
25 Yanvar 2025
00:33 Rusiya miqrantlara qarşı ŞANTAJ siyasətində DALANA DİRƏNƏCƏK - Üzeyir Cəfərovdan UNİKAL TƏHLİL
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ