İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Tərəflər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasına hazırlıqları telefon danışığı zamanı müzakirə ediblər.

Danışıq zamanı həmçinin iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə çatdırılması məsələləri müzakirə edilib.

Həmçinin o da qeyd olunub ki, iclas bu ilin oktyabrın 28-də keçiriləcək. İclas çərçivəsində Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hadisələrlə əlaqədar olaraq Ermənistana 15 sentyabr tarixində göndərilən KTMT missiyasının gördüyü işlərin nəticələri müzakirə olunacaq.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclaslarına təşəbbüsün rəsmi İrəvan tərəfindən verildiyini deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR