İnsanlara hürriyət, millətlərə istiqlal!

Mən Ukraynaya çox kömək edirəm – Tramp

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Rusiya ilə müharibədə Ukraynaya çox kömək etdiyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Tramp jurnalistlərlə söhbət zamanı danışıb. Ondan soruşublar ki, niyə ABŞ Ukraynaya bu ölkənin İsrailə kömək etdiyi kimi kömək etmir. Cavabında o, prezident olsaydı, Ukrayna ilə Rusiya arasında genişmiqyaslı müharibənin baş verməyəcəyini bir daha təkrarlayıb: "Mən Ukraynaya kömək edirəm. Onlara çox kömək edirəm. Bu, heç vaxt olmamalı olan müharibədir. Mən prezident olsaydım, indi Rusiya ilə müharibə etməzdiniz".

Tramp həmçinin jurnalistlərə bildirib ki, bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski ilə yaxşı telefon danışığı keçirib, lakin Rusiya prezidenti Vladimir Putinlə söhbətindən çox məyus olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR