İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya 10 "Kalibr" ATDI: Hərbi Dəniz Qüvvələri detalları AÇIQLADI

Aprelin 6-na keçən gecə Rusiya Qara Dənizdə olan freqat və sualtı qayıqdan Ukraynaya 10 “Kalibr” qanadlı raket atıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü, 3-cü dərəcəli kapitan Dmitriy Pletençuk məlumat verib.

"Bu il dördüncü dəfədir ki, "Kalibr" raketləri istifadə olunur. Bir freqat və bir sualtı qayıq istifadə edilib. Bu o deməkdir ki, hər ikisi də hücumda iştirak edib. Sualtı qayıq hələ də dənizdə qalır. Ümumilikdə 10 “Kalibr” qanadlı raketi buraxılıb. Nəticələr haqqında məlumat vermək üçün hazırlıq aparılır", - deyə Pletençuk bildirib.

O əlavə edib ki, bu, rusların "Kalibr" raketlərini geniş miqyaslı hücumlarda istifadə etdiklərini təsdiqləyir.

Onun sözlərinə görə, raketlərin istifadəsi ehtimalı hər zaman mövcuddur, çünki rus gəmilərinin dənizə çıxaraq raket atması cəmi bir neçə saatlıq məsələdir.

UNİAN-ın xəbərinə görə, aprelin 6-da Rusiya ordusu pilotsuz təyyarələr, ballistik və qanadlı raketlərdən istifadə edərək Ukraynaya kütləvi hava hücumu həyata keçirib. Ukrayna Hava Qüvvələrinin məlumatına görə, müxtəlif növ 23 raket atılıb. 9 ədəd "X-101/X-55SM" qanadlı raketləri "Tu-95MS" təyyarələrindən Saratov bölgəsindən, 6 ədəd "İskəndər-M" ballistik raketi Bryansk bölgəsindən, 109 ədəd "Shahed" tipli zərbə dronu buraxılıb. İlkin məlumatlara görə, Qara Dənizdən 8 “Kalibr” qanadlı raketi buraxılıb.

13 raket və 40 dronun vurulması təsdiq edilib: 6 ədəd "X-101/X-55SM" qanadlı raket, 6 "Kalibr" raketi və "İskəndər-M" ballistik raketi. Hücum nəticəsində Kiyev, Sumı, Xarkov, Xmelniçk, Çerkassı və Nikolayev bölgələrində ziyan dəyib. Kiyevdə bir nəfər həlak olub, üç nəfər yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR