İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsinin nizamlanması çətinləşir – Rauf Arifoğlu ilə MÜZAKİRƏ

ARB 24 telekanalında “Nə baş verir?” verilişində gündəmin əsas mövzusu Rusiya–Ukrayna müharibəsidir.

Musavat.com xəbər verir ki, verilişin aparıcısı və moderatoru Nuranə İbrahimli canlı yayımda regionda baş verən son hadisələri və müharibə ilə bağlı yeni məsələləri müzakirəyə çıxarıb.

Proqramın qonağı isə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğludur. O, Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsini təhlil edərək, həm döyüş bölgəsindəki son gedişatı, həm də diplomatik müstəvidə aparılan danışıqları şərh edir.

Eyni zamanda, proqramda münaqişənin nizamlanması ilə bağlı son proseslər də müzakirə olunur. Trampın rəhbərliyi ilə ABŞ-ın vasitəçilik təşəbbüsləri davam etsə də, hələlik tərəflər arasında fundamental razılaşmaya nail olunmayıb. Ukraynanın ərazi bütövlüyü məsələsi və Rusiyanın işğal etdiyi ərazilərdən geri çəkilməkdən imtinası sülh danışıqlarında əsas maneə olaraq qalır.

Sözügedən verilişi canlı olaraq təqdim edirik.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR