İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsində Obama izi - ŞOK İDDİALAR

“Qərbdə ABŞ prezidenti Barak Obama administrasiyasının qəbul etdiyi bir sıra yanlış qərarların Rusiyanın Ukraynaya müdaxiləsinə yol açdığı rəyi hakimdir. Bununla belə, Obamanın siyasəti indi də Rusiya-Ukrayna müharibəsinin gedişatına böyük təsir göstərməkdə davam edir və əlavə olaraq on minlərlə insanın ölümünə səbəb olur”.

Musavat.com xəbər verir ki, bu cümlə “Foreign Policy” jurnalının analitik yazısında yer alıb.

Yazı müəllifləri hazırda silah qıtlığı yaşayan və hava üstünlüyünə malik olmayan Ukrayna ordusunun əks-hücuma keçmək məcburiyyətində qaldığını vurğulayıblar.

“Əslində, bütün bu çətinliklər Obamanın Rusiya siyasətindən qaynaqlanır. Barak Obamanın Rusiya və Ukraynaya yönəlik yanaşması savaşda Ukrayna və onun mütəfiqlərinə əsaslı, zərərli təsir göstərməkdə davam edir”, - deyə jurnal sabiq prezidentə tənqidi cümlələr yönəldib.

Jurnal Ağ Evin keçmiş başçısını vaxtilə Rusiyanın getdikcə artan aqressiv hərəkətlərinə (bura Qərb ölkələrində sifarişli qətllərdən tutmuş, digər ölkələrin suveren ərazilərinin işğalı faktları daxildir) kifayət qədər sərt reaksiya göstərməməkdə suçlayır.

“Belə bir (uğursuz) siyasətin ilk daşları hələ 2008-ci ildə Gürcüstana təcavüz etdiyinə görə Rusiyanı cəzalandırmayan Obamanın sələfi Corc Buş tərəfindən qoyulub. Bundan dərhal sonra hakimiyyətə gələn Barak Obama da Moskva ilə münasibətləri “yenidən yükləməklə” Buşun səhvini daha da artırdı.

2014-cü ildə, yəni Rusiya artıq Krımı ilhaq etdikdən, “MH17” mülki təyyarəsini vurduqdan və Ukrayna Donbasında döyüşmək üçün ordusunu və kəşfiyyat orqanlarını göndərdikdən sonra belə Obama qəti şəkildə Ukraynaya silah göndərilməsinə qarşı çıxdı. O, buna yalnız bəzi Rusiya vətəndaşlarına, dövlət banklarına və bir neçə şirkətə qarşı kiçik sanksiyalarla cavab verdi”, - deyə yazıda qeyd olunub.

“Obamanın bu məsələdə ən destruktuv hərəkəti onun Ukraynanın ABŞ-ın strateji prioriteti olmadığı barədə açıq bəyanatı oldu”, - deyə analitiklər vurğulayıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR