İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsi yalnız bu halda BİTƏCƏK - ŞOK HESABAT

Kreml danışıqlar prosesində yalnız Ukraynanın təslim olması ilə nəticələnəcək bir kompromisə maraq göstərir.

Musavat.com xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) 1 avqust tarixli hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, bu qənaət Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həmin gün verdiyi bəyanatlara əsaslanır. Lavrovun fikirləri, əsasən, Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun 1 avqustda keçirdikləri birgə mətbuat konfransında səsləndirdikləri ritorikanı təkrarlayır.

Sergey Lavrov danışıqlarda irəliləyişin olmamasına görə məsuliyyəti Ukraynanın üzərinə qoyub və Moskvanın öz ənənəvi tələblərinə sadiq qaldığını təsdiqləyib. O qeyd edib ki, Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqlar davam edir, lakin bu prosesin tempini Ukrayna tərəfi guya ləngidir.

Nazir bildirib ki, Rusiya Kiyevdən onlayn işçi qruplarının yaradılması təşəbbüsünə konkret cavab gözləyir. Eyni zamanda Lavrov Ukrayna prezidenti Volodimir Zelenskinin danışıqlara başlama və atəşkəsə dair şərtlərini daim dəyişdirdiyini iddia edib.

Lavrov vurğulayıb ki, Rusiya Ukraynadakı uzunmüddətli hərbi hədəflərinə sadiqdir və istənilən mümkün sülh razılaşması müharibənin “dərin səbəblərini aradan qaldırmalıdır”.

ISW analitiklərinin fikrincə, Lavrovun ritorikası və verdiyi bəyanatlar Putin və Lukaşenkonun eyni gün verdikləri açıqlamalarla üst-üstə düşür. Bu, Kremlin danışıqlar prosesi ilə bağlı rus rəsmiləri arasında vahid mövqe formalaşdırmaq məqsədi daşıyan koordinasiyalı bir xətt yürütməsindən xəbər verir.

Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri bu bəyanatların Kremlin danışıqların şərtləri və Rusiyanın hərbi məqsədləri ilə bağlı rəsmi mövqeyini əks etdirdiyini hesab edirlər.

“ISW qeyd edir ki, Moskva Ukraynanın təslim olmasını nəzərdə tutmayan heç bir kompromisə maraq göstərmir və ABŞ ilə Avropanın birliyini pozmaq məqsədilə təxribat xarakterli ritorikanı davam etdirir”, - deyə hesabatda vurğulanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR