İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK İDDİA - Bu ölkəyə məxsus raketlər...

Britaniyanın “Financial Times” nəşri Ukraynanın Rusiyada Şimali Koreya raketlərindən istifadə etdiyini iddia edib.

Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, Şimali Koreyaya aid raketlər Ukraynanın şərqindəki Baxmut şəhəri yaxınlığında Ukrayna əsgərləri tərəfindən istifadə edilir və sözügedən silahlar Sovet dövründən qalma çoxlu sayda reaktiv yaylım atəşi sistemləridir.

O da bildirilib ki, Ukrayna Müdafiə Nazirliyi bu silahları Rusiya ordusundan ələ keçirib.

Digər tərəfdən, ABŞ Şimali Koreyanı Rusiyaya dəniz yolu ilə hərbi texnika verməkdə ittiham edir, lakin Ukrayna ordusunun Şimali Koreya raketlərindən istifadə etdiyinə dair heç bir “qənaətbəxş” dəlil yoxdur.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu iyulun 26-da Koreya müharibəsində atəşkəsin ildönümü olan “Qələbə günü” münasibətilə Şimali Koreyanın paytaxtı Pxenyana səfər edib. Şimali Koreya lideri Kim Çen In nazir Şoyqu ilə birlikdə modernləşdirilmiş və “Qələbə Günü”nü qeyd etmək üçün hazırlanmış yeni hərbi texnika sərgisini ziyarət edib. Şimali Koreya lideri Şoyquya ölkəsinin ballistik raket sistemlərini və yeni pilotsuz uçuş aparatlarını (PUA) nümayiş etdirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR