İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukrayna ilə savaşında neçə general itirib-statistika ruslar üçün ürəkaçan deyil

 

Ukrayna ilə müharibədə altıncı rus generalının ölümü təsdiqlənib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, Cənub-Şərqi Dairə Komandirinin müavini, general-leytenant Oleq Tsokovdur.

Yüksək rütbəli hərbçi Berdyanskda Ukraynanın raket zərbəsi zamanı həlak olub. Xəbəri bu gün Dövlət Dumasının deputatı və 58-ci Ordunun keçmiş komandanı Andrey Qurulev də təsdiqləyib. “Tsokov böyük çətinliklər görmüş bir hərbçi idi. Keçən il o,  son dərəcə ağır yaralanmışdı və əslində səhhətinə görə bu gün artıq cəbhəyə gedə bilməzdi, Lakin əsgərlərini atıb getmək istəmədi”, - deyə Qurulev bildirib.

Bu artıq Ukraynada RF Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərinin ölümü ilə bağlı 11-ci xəbərdir. Hazırda altı rus generalının ölümü ilə bağlı məlumat rəsmi səviyyədə təsdiqlənib. Həmin generallar aşağıdakılardır:

-Rusiya Federasiyasının 41-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanının müavini, general-mayor Andrey Suxovetski;

- Rusiya Federasiyasının 8-ci Ordu komandanının müavini, general-mayor Vladimir Frolov istefada olan general-mayor Kənamət Botaşev;

-Rusiya Federasiyasının 8-ci Qvardiya Birləşmiş Silahlı Qüvvələri komandanının birinci müavini, general-mayor Roman Kutuzov;

35-ci Əlahiddə Ümumqoşun Ordusunun Baş qərargah rəisi, general-mayor Sergey Qoryaçov.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR